Vaşinqton Ukraynaya bu silahları göndərəcək

  • By admin
  • 04 Oktyabr 2022 21:58

Ağ Ev ABŞ prezidenti Co Baydenin Ukrayna lideri Volodimir Zelenskiyə telefon danışığında daha 625 milyon dollarlıq hərbi yardım vəd etdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, yardım paketinə zirehli texnika, artilleriya və HIMARS MLRS daxildir.

Bayden həmçinin Zelenskiyə Vaşinqtonun Kiyevi “nə qədər lazımdırsa” dəstəkləyəcəyinə inandırıb.

Bundan əvvəl ABŞ Ukraynadakı bütün münaqişə boyu Kiyevə kömək üçün ayda 1,5 milyard dollar göndərməyə hazır olduğunu bəyan edib.

“Bloomberg”in məlumatına görə, ABŞ prezidenti Co Baydenin administrasiyası Aİ ölkələrini də Kiyevə yardımın həcmini artırmağa çağırıb. Ehtimal olunur ki, ABŞ-ın Ukraynaya göndərəcəyi məbləği Avropa ölkələrindən də tələb edəcəklər.

Gununsesi.info