Vaşinqtonun bu addımı Kremldə NARAHATLIQ YARATDI

“Hazırda Amerika Birləşmiş Ştatları “START-3″ müqaviləsində nəzərdə tutulduğundan daha çox nüvə silahının tətbiqi üçün istifadə edilə bilən texniki vasitələrə malikdir”.

Gununsesi.info xəbər verir ki, bunu Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə İcmal Konfransında Rusiya Federasiyasının nümayəndə heyətinin rəhbərinin müavini Andrey Belousov deyib.

HTML tutorial

Rusiya rəsmisi bildirib ki, ABŞ daha əvvəl bəzi strateji bombardmançı və raket sualtı buraxılış qurğularını dəyişdirdiyini açıqlamışdı.

İddialara görə, onlar artıq nüvə silahının istifadəsi üçün istifadə edilə bilməz. Lakin Rusiya hələlik bu faktı təsdiq edə bilmir.

Nəticədə, Birləşmiş Ştatlar nüvə silahından istifadə etmək üçün “START-3″də nəzərdə tutulduğundan daha çox sayda vasitəyə malikdir. Beləliklə, ABŞ 1200 döyüş başlığı ilə öz nüvə potensialını sürətlə artıra bilər.

Gununsesi.info