Vecinə də deyilmiş…

  • By ilhame
  • 20 Fevral 2024 22:59

Yeniyetmə qıza etdiyi biabırçı davranışla ölkə gündəminə çevririlən məktəbli qız bu dəfə sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.

 

Gununsesi.info-nun məlumatına görə, ictimaiyyət həmin məktəblinin əməlindən peşiman olub üzr istəyəcəyini gözlədiyi halda, o paylaşımında “vecimə də deyil” yazıb.

 

Bu isə 11-ci sinif şagirdinin ciddi şəkildə valideyn nəzarətindən kənarda qalmasının bariz göstəricisidir.

 

Nəzərə alaq ki, onun həmcinsinə qarşı etdiyi ədəbsiz davranışdan sonra aidiyyəti dövlət qurumları hərəkətə keçib. Amma buna baxmayaraq, ötən sutka ərzində valideynləri bu “uşağa” etdiyi səhvin nədən ibarət olduğunu dərk etdirə bilməyiblər.

 

Qeyd edək ki, şagirdin təhsil aldığı 156 saylı mətkəbin direktoru onun əməlindən peşiman olduğunu bildirmişdi.

Gununsesi.info