14-cü əsrdə İtaliyanın Boloniya və Modena şəhərləri arasında olan bu müharibə, tarixin ən qəribə müharibələrindən hesab olunur.
Gununsesi.info xəbər verir ki, sözügedən müharibənin səbəbi Modena əsgərlərinin Boloniyadakı su quyusundan taxta vedrəni oğurlamaqlarıdır.
Bəli, qəribə səslənsə də, müharibə bunun üstündə baş vermişdi.
Bəs nəticələri necə olmuşdu?
1325-ci ildə noyabrın 25-də Zappolino döyüşü ilə “Vedrə müharibəsi” yekunlaşıb.
Müharibədə təxminən 2000 əsgər həlak olub.
Modena şəhəri qalib gələrək, regionda öz nüfuzunu daha da möhkəmləndirmişdi.
Oğurlanan vedrə zəfər simvolu olaraq Modena şəhərində nümayiş etdirilib.
Orxan Saffari
Gununsesi.info