Velosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 9-da Sahil qəsəbə sakini Ələddin Baxşıyevin velosipedini oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Asəf Cəbrayılov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun ötən ilin dekabr ayında Sahil qəsəbəsinin ərazisində yerləşən parkda işıq torşerlərinin qapaqlarını və 1 “KamAZ” markalı avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.
Gununsesi.info