İngilis dizayneri Paul Smit 50 ildən artıqdır ki, dünyanın ən yaxşı zolaqlı kostyum kolleksiyalarını yaradır. Moda sahəsindəki işi ona cəngavər rütbəsi qazandırıb və indi o, Ser Paul kimi tanınır. Məşhur brendin arxasında duran dizaynerin özünəməxsus uğur hekayəsi var.
Dosye
1947-ci ildə İngiltərənin Nottingemşir şəhərində anadan olan Pol 16 yaşında məktəbi atıb geyim firmasının anbarında işə başlayır. Dizayn sahəsində heç bir karyera planı və ya təcrübəsi olmayan oğlan səssiz və bəsit həyat sürürdü. Onun yeganə xobbisi velosiped sürmək idi, lakin keçirdiyi ağır qəza onun gələcəyə dair bütün planları alt-üst edir. Xəstəxanadan çıxdıqdan təxminən 6 ay sonra o, həyat tərzini dəyişdi və sonradan moda mədəniyyəti ilə maraqlanmağa başladı.
Dizaynerin adını daşıyan “Paul Smith” brendinin tarixi 1976-cı ildən başlayır. Onun brendinə kişi və qadın geyimlərinin istehsalı, saatların, müxtəlif aksessuarların və ətir xətləri daxildir. Dizaynerin London, Paris, Nyu-York, Milan və Tokioda flaqmanları, eləcə də bir çox başqa mağazaları var.
Publika.az dizaynerin ad günü şərəfinə əsas biznes prinsiplərini araşdırıb.
Yeni imkanlara “hə” deyin
Heç vaxt düşünməzdim ki, dizayner olacağam. Peşəkar velosipedçi olmaq arzusunda idim, təəssüf ki, qəza nəticəsində velosipeddən yıxıldım və üç ay xəstəxanada qaldım. Palatadan çıxanda öyrəndim ki, peşəkar idmançı olmaq şansımı itirmişəm. Xəstəxanada rəssamlıq tələbələri ilə dost oldum. Bir dəfə məni paba dəvət etdilər: o vaxt bura bütün tələbələrin – gələcək fotoqrafların, memarların və dizaynerlərin görüş yeri idi. Vasili Kandinskinin kim, Bauhausun nə olduğunu ilk dəfə onlardan öyrəndim. Onlar tez-tez məndən yaradıcılıqla məşğul olmaq istəyib-istəmədiyimi soruşurdular. Bir müddət tərəddüd etdim, dizayner dostum “Köməyə ehtiyacım var, paltar tikə bilərəm, amma mağazanı idarə etməyi bilmirəm” deyəndə ona kömək etmək qərarına gəldim. Lakin mağaza işlətməyi bilmirdim, hər şeyi yolda öyrəndim.
Keyfiyyət uğurun açarıdır
Yarım əsrdən çox bir yerdə yaşadığım həyat yoldaşım Paulina Denier məni öz brendimi yaratmağa ruhlandırdı: “Sənin o qədər çox ideyan və enerjin var, niyə öz biznesini qurmursan?”. Yeri gəlmişkən, Paulina Londondakı Kral İncəsənət Kollecinin məzunudur. İnstitutda ona kutür yaratmaq sənəti öyrədildiyi üçün qarşıma çox ağır şərtlər qoydu. 24 yaşında dərziliyi öyrənmək üçün gecə dərslərinə başladım və nəticədə öz işimizi qurmağa yaratmağa müvəffəq olduq. Cəmi 6 il sonra Parisdə ilk kişi kolleksiyasını debüt etdi.
Əgər mən öz adımla paltar tikirəmsə, bunu hamıdan yaxşı etməliyəm ki, əyində mükəmməl qalsın. Eyni dövrdə mənimlə başlayan bir çox dizaynerlər məndən qat-qat ixtiraçı idilər, lakin keyfiyyəti onları ruhdan salmışdı. Məhsullarnı bütün dünyaya, Parisdəki “Le Bon Marche” və ya Nyu-Yorkdakı “Saks Fifth Avenue”a göndərirdilər, keyfiyyət müştərinin ehtiyaclarına uyğun olmadığı üçün geri qaytarılırdı. Bizim məhsullarda nöqsan tapmaq çətin idi, ona görə ki, ən yüksək standartlara cavab verirdik.
Maraqlı olun
Əksər brendlər hər zaman bir-birini kopyalayır. Təkcə moda sahəsində deyil, həm də qrafik və sənaye dizaynında. Belə işləmək istəmirəm. Mən özümü dünyaya həmişə maraqla baxmağı öyrətmişəm. Hər gün maraqlanmaq, suallar vermək və cavab axtarmaq… Bu, başqalarından fərqlənən ideyalarınızı ortaya qoymağın yeganə yoludur. Siz əlbəttə ki, başqalarının etdiklərini təkrarlaya bilərsiniz, bunda səhv yoxdur. Ancaq bu vəziyyətdə başa düşməlisiniz ki, bu fikirləri olduğunu kimi təqdim etməməlisiniz, onları ən yaxşı şəkildə təkmilləşdirməli, daha maraqlı və xüsusi etməlisiniz.
İlham pərisini hər yerdə tapmaq olar
Dünyaya həmişə ayıq gözlə baxmaq lazımdır. Bu yaxınlarda diş həkiminə baş çəkdim. Gözləmə otağında interyer jurnallarına rast gəldim. Fotoların birində rəngləri çox bəyəndim – parlaq qırmızı və kobalt mavisi. Birlikdə mükəmməl görünürdülər. Təbii ki, jurnalı özümlə apardım. Və bu kombinasiya üzərində yeni bir kolleksiya yarandı.
Qaydalara qarşı
Cərəyana qarşı çıxmaqdan qorxmayın. Yəqin ki, Nyu-York, London, Parisdəki əsas brendlərin bütün butiklərinin eyni olduğunu görmüsünüz. Mənim strategiyam fərqlidir, hər bir işimdə fərqlənməyi xoşlayıram. İstəyirəm ki, mağazalarımın hər birinin öz xarakteri olsun. Londonun mərkəzində, Albermal küçəsində, butikimin metal fasadı var, dünyanın bütün memarlıq üzrə oxuyan tələbələri onu görməyə gəlir. Los-Ancelesdə, Melrose prospektində nəhəng bir çəhrayı qutu tikdik ki, yüksək sürətlə şütüyən avtomobillər bizə diqqət yetirsin. Kaliforniyalılar və turistlər konseptimizi o qədər bəyəndilər ki, indi o, Hollivud yazısından daha populyardır və şəhərin əsas nöqtələrindən birinə çevrilib.
Bəsit yolla getməyin, amma düzgün olanı edin
Heç vaxt bir təkliflə razılaşmamalısınız. Əgər fürsət maraqlı görünürsə, düşünmək üçün özünüzə vaxt verin. Digər şəxsə deyin: “Əla fikirdir, sabah bu barədə yenidən danışarıq”. Çox vaxt ertəsi gün başa düşürsən ki, razılaşmaq səhv olardı. Mənə hər gün əməkdaşlıq təklifləri gəlsə də, böyük pul gətirən hər əməkdaşlığa “hə” demək istəmirəm. Mənim üçün əsas məsələ bu deyil. İstəyirəm ki, hər bir əməkdaşlığın mənası olsun. Məsələn, mən stolüstü lampa düzəltməyə razılaşdım, çünki gəncliyimdə bir Leica kamera var idi, atam fotoqrafiyanı çox sevirdi və bilsəydi ki, onun sevimli kamerasının dizaynını mən hazırlamışam, buna çox sevinərdi. Velosiped sürməyi sevirəm, ona görə də Pinarello üçün velosipedlər hazırlamışam. Dostum David Bouiyə yox deyə bilmədim, odur ki, son albomu “Blackstar”ı tanıtmaq üçün birlikdə bir neçə köynək buraxdıq.
Ehtimal etməyin, əmin olun!
Mən həmişə qızıl qaydaya əməl etmişəm: nəyinsə öz-özünə baş verəcəyini düşünməyin, hər şeyin plan üzrə getdiyinə əmin olun. Bu, biznesin gündəlik gedişinə də aiddir. Həmkarınızdan təkrar soruşmaqda qəbahət yoxdur: “Problemimizlə məşğul olmaq üçün vaxt tapdınızmı?”. Bu yanaşma ilə hər şey çox asanlaşır.
Qızıl orta
Çox vaxt uğurun sirri düzgün qızıl ortada gizlənir. Nottingemdə ilk 3 metrlik mağazamı açanda bilirdim ki, bu, ilk vaxtlarda mənə çox qazanc gətirməyəcək, ona görə də qərara aldım ki, bunu cümə və şənbə günləri edəcəm, qalan vaxtlarda isə pul qazanmağın başqa bir yolunu tapmalıyam.
Ləngiməyin!
Moda heç vaxt dayanmır. Ən gözəl jurnal sənin haqqında yazsa belə. Sabahı və gələcəyi həmişə düşünməlisən, dünən nə qədər böyük olduğun heç kimin vecinə deyil. Dincəlmək və fasilə vermək qərarı o deməkdir ki, sabah sizi kimsə qabaqlayacaq. Özünü hər zaman yenidən qiymətləndirmək qorxudur. Ancaq özünüzə qarşı dürüst olmaqdan və özünüzə tənqidi baxmaqdan heç vaxt qorxmayın, onda heç nə sizi dayandıra bilməz.
Gununsesi.info