
Lənkəranda velosipedçini maşın vurub.
Gununsesi.info DİN-in saytına istinadən xəbər verir ki, mayın 28-də saat 18 radələrində Lənkəran rayonunun Velədi kəndi ərazisində rayon sakini Vasif Həsənov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolun kənarında velosiped sürən Sütəmurdov kənd sakini Tərlan Ələsgərovu vurub və nəticədə T.Ələsgərov hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gununsesi.info