Velosipedçi Xuan David Kardenas vəfat edib

  • By Admin2
  • 13 Fevral 2025 14:31

Kolumbiyalı velosipedçi Xuan David Kardenas vəfat edib. 

Gununsesi.info  xəbər verir ki, bu barədə  Portuqaliyanın “Portos Windmob” komandası sosial şəbəkədə məlumat yayıb.

O, məşq zamanı avtomobil qəzasına düşüb.

Gənc velosipedçi aldığı xəsarətlərdən dünyasını dəyişib.

“Marca” nəşrinin məlumatına görə, faciə Kolumbiyada, Boyaka departamentində baş verib.

Xatırladaq ki, bu, son üç həftədə ikinci gənc velosipedçinin ölümüdür. Yanvarın 24-də 19 yaşlı italyan Sara Piffer məşq zamanı maşınla toqquşaraq dünyasını dəyişmişdi.

Gununsesi.info