Venesiya karnavalı başladı

İtaliyada hər il keçirilən Venesiya karnavalı başlayıb.

Gununsesi.info xəbər verir ki, maskalı karnaval olaraq da bilinən Venesiya karnavalı martın 1-dək davam edəcək.

Gülüş və tamaşa ilə bol olan bayram əhval-ruhiyyəli karnavalın əsas atributu, təbii ki, maskalardır. Karnaval üçün libaslar isə adətən bir il öncədən sifariş olunur.

Yerli mətbuata görə, builki karnavalda iştirak etmək üçün 50 minədək insan Venesiya şəhərinə gəlib.

Qeyd edək ki, karnaval 2020-ci və 2021-ci illərdə koronavirus pandemiyası səbəbindən keçirilməmişdi.

Gununsesi.info