Venesiya Komissiyası prosedur qaydaları kobudcasına pozub - PA rəsmisi

  • By admin
  • 21 Sentyabr 2016 17:25
shahin-aliyev
Venesiya Komissiyası prosedur qaydaları kobudcasına pozub.
Gununsesi.info xəbər verir ki, bu fikri Azərbaycan Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendumla bağlı neqativ rəy verməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti Venesiya Komissiyası ilə həmişə əməkdaşlıq edib və bu əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulub: “Yadıma gəlmir ki, Venesiya Komissiyası bu və ya digər məsələ ilə bağlı 3 ay müddətinə rəy versin. Yəni bu rəy əvvəlcə Azərbaycan hökumətinə göndərilməli idi. Bu prosedur kobudcasına pozulub. Bilirsiniz ki, komissiyanın rəyi AŞPA sədrinin məktubu əsasında hazırlanıb. Bütün bunlar cəmi iki həftə müddətində baş verib”.
Gununsesi.info