Venesiya Komissiyasının nümayəndə heyəti Azərbaycana gələcək

  • By admin
  • 02 İyul 2018 12:29

 Səfərin məqsədi Konstitusiya Məhkəməsinin 20 illiyinə həsr olunmuş konfransa qatılmaqdırAvropa Şurasinin Venesiya Komissiyasının nümayəndə heyəti bu həftə Azərbaycana gələcək.

“Səfərin məqsədi iyulun 5-də Bakıda keçiriləcək Azərbaycan Konstitusiya Məhkəməsinin 20 illiyinə həsr olunan “Qanunun aliliyi və Konstitusiya ədaləti ilə tənzimlənən dövlət: dəyərlər və prioritetlər” adlı konfransda iştirak etməkdir.