Venesiyalılarsız Venesiya: turistlər şəhər əhalisini sıxışdırır

Venesiyada yerli insanların ürəyinə qorxu düşüb. Yerli əhalinin şəhərin tarixi mərkəzindən yoxa çıxa biləcəyindən Venesiya yerli hakimiyyətini narahat edib. Bir neçə ay əvvəl psixoloji həddi aşıb: mərkəzdə 50 mindən az sakin qalıb.

Bu barədə Gununsesi.info Evro-yə istinadən xəbər verir.

HTML tutorial

Ümumilikdə, son 70 ildə adaların əhalisi 125 min nəfər azalıb. Mütəxəssislər bildiriblər ki, İtaliyada doğum səviyyəsinin azalmasının ümumi tendensiyası çərçivəsində bunu başa düşmək olar. Amma Venesiyada təbii ki, özünə məxsus amilləri də var.

Şəhərdə çoxdan venesiyalılardan daha çox turist var. Bir çox şəhər sakinləri mənzillərini onlara icarəyə verirlər, özləri isə ya şəhəri tərk edirlər, ya da orda yaşamaq istəmirlər.

Tərcümə: Adil Elxanoğlu

Gununsesi.info