
Venesuelanın xarici işlər naziri Delsi Rodriqes bildirib ki, ölkə Amerika Dövlətləri Təşkilatından çıxa bilər.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bu barədə “Telesur” məlumat yayıb.
“Mən ADT-nin XİN rəhbərlərinin Venesuela ilə razılaşdırılmamış görüşü keçiriləcəyi təqdirdə ölkə prezidenti Nikolas Madurodan ölkənin təşkilatdan çıxarılması prosesini işə salmaq göstərişi almışam”, — deyə Rodriqes bildirib.
Cari ilin mart ayında Maduro Venesuela və ADT arasında qarşılıqlı münasibətlərin gələcək taleyini xalq ilə müzakirə etməyə hazırlaşdığını bildirib.
Gununsesi.info