Venesuela prezidenti mobil nömrəsini paylaşdı: “Məni qruplarınıza əlavə edin”

  • By admin
  • 30 Noyabr 2020 11:43

Venesuela prezidenti Nikolas Maduro Telegram və What’s App-da onunla əlaqə qurmağın mümkün olduğu telefon nömrəsini paylaşıb.

Gununsesi.org xəbər verir ki, bu barədə siyasətçinin bəyanatında bildirilir.

“Mən bü gündən What’s App və Telegram vasitəsilə Venesuela və xalqımız haqqında həqiqət uğrunda mübarizəyə qoşuluram. Maduro Whatt’s App-a gəlir, Maduro Telegram-a gəlir”, – dövlət başçısı deyib.

“Budur mənim telefon nömrəm – 04262168871, məni öz qruplarınıza əlavə edin”, – Venesuela prezidenti əlavə edib.

Gununsesi.org