Venesuela Volker Türkü “persona non-qrata” elan etdi

  • Müəllif: Orxan
  • 02 İyul 2025 10:08

Venesuela Milli Assambleyası ölkədə insan haqlarının vəziyyətini tənqid edən BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkü yekdilliklə “persona non-qrata” elan edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Amerika ölkəsi Venesuelanın Milli Assambleyası yekdilliklə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türkü “persona non-qrata” elan edib. Qərar Türkün Venesuelada əsassız həbsləri, zorla yoxa çıxmaları və digər insan haqları pozuntularını tənqid etməsindən sonra verilib.

Prezident Nikolas Maduro hökuməti də keçən həftə İsveçrənin Cenevrə şəhərində İnsan Haqları Şurasında Türkün Venesuela ilə bağlı açıqlamalarını rədd edib.

Hökumət daha əvvəl Türkün ABŞ tərəfindən El Salvadora deportasiya edilən venesuelalıların hüquqlarını qorumadığını və ABŞ-dəkı mühacir ailələrindən ayrılan venesuelalı uşaqların geri qaytarılmasını tələb etdiyini bildirmişdi.

Orxan

Gununsesi.info