Venesuelada aksiyalarla əlaqədar saxlananların sayı 1300 nəfərə çatır

  • By admin
  • 23 Aprel 2017 19:27

venesuela

 

Venesuelada etiraz aksiyaları başlayandan sonra saxlananların sayı 1300 nəfərə çatır.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu qeyri-hökumət təşkilatı olan Venesuela Cinayət Forumunun rəhbəri Alfredo Romero “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

  1. Romero bildirib ki, etiraz aksiyalarının başlandığı aprelin 4-dən indiyə qədər 1289 aksiya iştirakçısı saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl 585 nəfərin saxlandığı xəbər verilmişdi.

 

 

Gununsesi.info