Venesuelada dəhşətli qəza - 7 ÖLÜ, 40 YARALI

  • By admin
  • 08 Yanvar 2018 08:45

Venesuelada dəhşətli yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Ansoateqi ştatında qeydə alınıb.

İkimərtəbəli sərnişin avtobusu və yük maşınının toqquşması nəticəsində azı 7 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Yol nəqliyyat hadisəsi zamanı toqquşan hər iki avtomobil yanıb.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

Gununsesi.info