
Venesuelada etiraz aksiyaları zamanı ölənlərin sayı 90 nəfərə çatıb.
Gununsesi.info-nun”RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Venesuelanın baş prokuroru xanım Luisa Orteqa Dias bildirib.
Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir.
Gununsesi.info