Venesuelada müxalifətçi siyasətçi Markes saxlanılıb

Müxalif siyasətçi Enrike Markesin Venesuelada saxlanıldığı bildirilirdi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, milli mətbuatda yer alan xəbərə görə, Xalq Demokratik Cəbhəsinin (FDP) verdiyi açıqlamada “Enrike Markes heç bir əsas olmadan özbaşına saxlanılıb” ifadəsi işlədilib.

Markesin həyat yoldaşı Sonia Luqo de Markes X hesabında yazdığı yazıda əri Enrike Markesin “qeyri-qanuni qrupların” qaçırdığını iddia edib.

Venesuela prokurorluğu hələ Markesin saxlanması ilə bağlı açıqlama verməyib.

Bu arada Markes yanvarın 7-də sosial media hesabında “Sülh zorla və qeyri-qanuni yolla qoyula bilməz. Konstitusiyadan kənar atılan hər addım bizi sülhdən uzaqlaşdırır” deyib.

Orxan Saffari

Gununsesi.info