
Venesuelada müxalifətçi namizəd Maria Corino Machadoya qadağa tətbiq edilib
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 2024cü ildə gerçəkləşdiriləcək Prezident seçkilərindən öncə oktyabr ayında olacaq ön seçkilərədə yarışacağı bildirilən müxalif namizədlərdən olan Mariaya 15 illik siyasi qadağa gətirilib.
Yerli mətbuatda yazılan xəbərlərə görə, bu ölkənin Maliyyə İşləri Müdriyyətindən aparılan araşdırma çərçivəsində onun “ictimai əxlaqı, idarə etikası və hüququn üstünlüyünü, barışıq və suverenliyi” “pozması” səbəbi ilə siyasətdən uzaqlaşdırıldığı bildirilir.
Marianın keçmiş müxalif lider Xuan Quaido ilə etdiyi işbirliyinə vurğu edən dövlət qurumu Venesuelanın ölkə çölündə oğurlanan varlıqlarının və “korrusiya” səbəbi ilə ölkənin səhiyyə sisteminə böyük zərər vurduğu açıqlanıb.
Maria isə özünün “Twitter” hesabında yasaq qərarına etirazını bildirərək “rejimin yenilməkdə olduğunu” yazıb.
Tərcümə: Arzu