Venesuelada zəlzələdə ölənlərin sayı 5 mini keçdi

  • Müəllif: Firuzə
  • 18 İyul 2026 15:39

Venesuelada baş vermiş zəlzələdə ölənlərin sayı 5 069 nəfərə çatıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Venesuela parlamentinin sədri Xorxe Rodriges məlumat yayıb.

Onun sözlərinə görə, xəsarət alanların sayı 16 740 nəfərdir.

Qeyd edək ki, iyunun 24-də axşam saatlarında ölkənin mərkəzi və şimal-qərb hissəsində 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib.

Gununsesi.info