Venesueladan BMT əməkdaşlarına: Ölkəni tərk edin

  • By admin
  • 16 Fevral 2024 09:49

Venesuelada Nikolas Maduro hökuməti BMT-nin İnsan Haqları Bürosunun ölkədəki fəaliyyətini dayandırıb. Hökumət həmçinin BMT əməkdaşlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verib.

Gununsesi.info xəbər verir ki, Venesuela xarici işlər naziri Yvan Gil Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkədəki İnsan Haqları Ofisinin işinin dayandırıldığını və 13 BMT əməkdaşının 72 saat ərzində ölkəni tərk etməsini istədiklərini bildirib.

BMT-nin Venesuelada “məqsədinə uyğun hərəkət etmədiyini” deyən Gil 30 gün ərzində 2019-cu ildən bəri Karakasda fəaliyyət göstərən BMT ofisi ilə bütün əməkdaşlıq kanallarını nəzərdən keçirəcəklərini bildirib.

BMT-nin İnsan Haqları İdarəsinin sözçüsü Ravina Şamdasani məsələ ilə bağlı yazılı açıqlama verib. O, Venesuela səlahiyyətliləri ilə əlaqənin davam etdiyini deyib. “Bizim üçün aparıcı prinsip həmişə Venesuela xalqının insan haqlarını təşviq etmək və qorumaq olub və bundan sonra da davam edəcək”, – deyə o bildirib.

Şamdasani Venesuela hökumətinin qərarının təəssüf doğurduğunu və atılacaq addımları nəzərdən keçirdiklərini bildirib.

 

Gununsesi.info