Vergi amnistiyası 44 min 704 vergi ödəyicisini əhatə edəcək

  • By admin
  • 20 Dekabr 2016 15:09

[ File # csp5324016, License # 2715984 ] Licensed through http://www.canstockphoto.com in accordance with the End User License Agreement (http://www.canstockphoto.com/legal.php) (c) Can Stock Photo Inc. / gunnar3000

Vergi amnistiyası 44 min 704 vergi ödəyicisini əhatə edəcək.
Gununsesi.info xəbər verir ki, bunu  Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının təşkili Baş İdarəsinin rəisi Natiq Şirinov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  bu gün keçirilən iclasında “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı  deyib.
Onun sözlərinə görə, müzakirəyə çıxarılan qanun layihəsi 44 min 704 vergi ödəyicisini əhatə edəcək.
“Bunun da 1037-si dövlət sektorunda, 43 min 667-si isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Faizlərin silinməsi ilə 386.4 milyon manatın silinməsi təmin olunacaq. Bunun da 125.5 milyon manatı dövlət sektoruna, 260.9 milyon manatı isə qeyri-dövlət sektoruna aiddir. Eyni zamanda, nağd pul hesablamalarının qaydalarının pozulmasına görə 6 min 304 vergi ödəyicisinin 3 milyon manat məbləğində maliyyə sanksiyasının 2017-ci ilin 1 yanvar vəziyyətində silinməsi göstərilib. Mərhələli ödənişlərə adekvat olaraq 13 min 780 vergi ödəyicisinin 234 milyon manat məbləğində maliyyə sanksiyası silinəcək ”- deyə, idarə rəsisi vurğulayıb.
N. Şirinov  onu da əlavə edib ki, vergi borclarl 2 hissəyə bölünür. 1-ci hissədə vergi ödəyicilərinin vergini vaxtında ödəmədiklərinə görə hesablanmış borclarından söhbət gedir.
Mürtəza
 
Gununsesi.info