
Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) keçmiş sədri Nemət Pənahlının avtomobilini hərraca çıxarır. 2010-cu il istehsallı “Toyota Land Cruiser” markalı avtomobilə 42 min manat qiymət təyin edilib.
Gununsesi.info xəbər verir ki, Nemət Pənahlı açıqlamasında vergi borcunun həyat yoldaşının gəlinlik geyimləri biznesinə görə yarandığını deyib.