Vergi borcuna görə 410 şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb

  • By admin
  • 30 Avqust 2016 12:43

vergi 

Vergilər Nazirliyi borca görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış ödəyicilərin yenilənmiş siyahısını açıqlayıb.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, 26 avqust tarixinə vergi borcu olduğuna görə 410 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Qeyd edək ki, vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin arasında – “Azər İnşaat TT” MMC-nin rəhbəri Quliyev Maqbet Bilal oğlu, “Az-Rost Təchizat” MMC-nin rəhbəri Səlimov Babək Rzavan oğlu, “AVANQARD” MMC-nin rəhbəri Bağırov Məhəmməd Malik oğlu, “Tural-A” MTK-nın rəhbəri Bayramov Zaur Sərtib oğlu, “AVANQARD-KO” MMC-nin rəhbəri Cəlilov Həsən Əsədulla oğlu daxil bir çox tanınmış şirkət rəhbərlərinin adına rast gəlinir.

Eyni zamanda bu şəxslər arasında 11 nəfər xarici vətəndaş da var.

Ancaq nazirlik ümumilikdə həmin fiziki və hüquqi şəxslərin nə qədər borcu olmasını açıqlamayıb.

Anar

Gununsesi.info