
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, nazirlikdən “APA-Economics”ə bildirilib ki, 10 avqust tarixinə vergi borcu olduğuna görə 289 şəxsin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında xarici ölkələrin 2 vətəndaşı da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.
Gununsesi.info