Yaxud? vergi sahəsində gözlənilən islahatlara əlavəllər
Bu günlərdə Azərbaycan Respublikası Prezidenti “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncam verdi. Bu sərəncamla Vergilər Nazirliyinə, Nazırlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq göstərşlər də verildi. Vergilər Nazirliyinin qarşısına üç ay müddətində bu istiqamətləri nəzərə alınmaqla vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlama, yoxlamalar üzrə inzibatçılığını sadələşdirmək və təkmilləşdirmək, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin etmək, nümunəvi və intizamsız vergi ödəyiciləri ilə bağlı məlumatları ictimailəşdirmək, vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təması minimuma endirmək, vergi ödəyicilərinə göstərilən xidmətləri daha da təkmilləşdirilmək, vergi nəzarətinin keyfiyyətini artırmaq və nəzarət tədbirlərində şəffaflığın təmin etmək, vergi ödəyicilərini risk meyarları üzrə qruplaşdırmaq, vergi bəyannamələrinin formalarını təkmilləşdirmək və sairə vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabineti (NK) həmin müddətdə NK-nın normativ hüquqi aktları bu Sərəncama uyğunlaşdırmalı, Ədliyyə Nazirliyi vergi borclarının alınması ilə bağlı icra olunmayan məhkəmə qərarlarının icrası məqsədilə çevik mexanizmlər müəyyən etməli,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və normativ xarakterli aktları bu Sərəncama uyğunlaşdırılıdır.
Göründüyü kimi, yaxın 3 ayda vergi sahəsində görüləsi xeyli işlər planlaşdırılıb. Bununla yanaşı, 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların 21 istiqaməti müəyyən olunub. Onlar arasında Azərbaycan Demokratiya və Rifah Hərəkatının hazırladığı və hökümətə təqdim etdiyi Azərbaycanın firavan gələcəyi naminə “İqtisadiyyatda böhran əleyhinə əsas və təxirəsalınmaz Tədbirlər Paketi”nin ergi-tarif və fiskal islahatlar bölməsində təklif olunan tövsiyyələr də vardır. Bu və digər tərəfədn təqdir olunan yeni istiqamətlər proqressiv görsənsə də onların bir-birilə uzlaşdırılması və əlaqələndirilmiş formada tətbiq olunması üçün bu istiqamətdə müzakirələr davam etdirilməlidir. Xüsusilə də hesabatlıq və şəffafıq sahəsində müzakirələrə töhfə vermək üçün vergi ödəyicilərinin ödənişləri haqqında məlumatların əlçatanlığının təmin olunması çox vacibdir. Bunun üçün müvafiq qanunvericilikdə dəyişikliklər olunmaldır. Bu vergi uçotu və şəffaflığı sahəsində həlli vacib olan məsələlərdən birincisidir. Onsuz nümunəvi və intizamsız vergi ödəyiciləri ilə bağlı məlumatları müəyyənləşdirmək mümkün olmayacaq, eyni zamanda qısa müddətdə fəaliyyət göstərən vergi öhdəlikləri yerinə yetirmədən bağlanaraq “izi” itirilən şirkətləri də aşkarlamaq mümkün olmayacaq. Həm də hesab edirəm ki, hər bir vətəndaş üçün istehlakçısı olduğu şirkətin dövlət büdcəsinə töhfəsi barədə məlumata əlçatanlığının təmin olunması hazırkı şəraitdə xüsusilə əhəmiyyət kəsb edir. Odur ki, ilk növbədə bu istiqamətdə dəyişikliklərə start verilməli vergi çempionatının qalibləri barədə məlumatlar dərc edilməlidir.
Hesab edirəm ki, bu islahatların həyata keçirilməsi üçün ümumi vergi amnitsiyasının elan edilməsi də çox vacibdir. Çünkiyə indiyə qədər çoxsaylı vergi ödəyiciləri qanunsuz və əsassız cərimələrlə yüklənib, sanksiyalardan əziyyət çəkir. İndiyə qədər aparılan yoxlamalarda nəinki vergi ödəyicilərinin iştirakı təmin olunub, hətta bir çox hallarda onlara vergi yoxlamalarının aktlrı belə təqdim edilməyib.
Nəhayət vergi qanunverciliyinə əməl olunması istiqamətində vacib həlqə olan məhkəmələrin müstəqilliyinin təminatı da çox vacibdir. Bunun üçün həm də vergi ödəyicilərinin hüquqlarının artırılması sahəsində də dəyişiklər edilməlidir.
Qubad Ibadoğlu