“Vergi Məsləhətçiləri Palatası” yaradılıb

  • By admin
  • 04 Aprel 2018 09:30

“Vergi Məsləhətçiləri Palatası” MMC yaradılıb.

Bu barədə Gununsesi.info-ya “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir.

Bildirilir ki, cəmiyyətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Şahin Tağızadədir.

MMC-nin Müşahidə Şurasının üzvləri Fuad Tağıyev, Vüqar Cavadov, Natalya Fətizadə, Fərid İsmayılzadədir.

Cəmiyyət Bakı şəhəri, Yasamal rayonu, M. Müşfiq ev. 15/17 ünvanında yerləşir.

Qeyd edək ki, şirkət fevralın 8-də dövlət qeydiyyatına alınıb.

Gununsesi.info