Vergi Məcəlləsinə xalqdan gizlin saxlanılan dəyişiklər - " ƏDV AL" FAİZİ YARIYA ENDİRİLİR/ ÖZƏL

  • By admin
  • 17 Noyabr 2022 09:45
Məlum olduğu kimi bu ilin sonuna qədər Vergi Məcəllənin bir sıra ciddi dəyişikliklər olacaq.
Ancaq nə hökumət,  nə də parlament bu dəyişikliyin nədən ibarət olmasını açıqlamadığından iqtisadçılarda və sahibkarlarda ciddi suallar yaradıb.
Gununsesi.info bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında məcəlləyə ediləcək dəyişikliklər nəticəsində dövlət büdcəsinə 42 milyon 500 min manat əlavə vəsait daxil olacağını deyib.
Bu isə o deməkdir ki, vergi sanksiyaları ciddi şəkildə sərtləşdiriləcək.
Əməkdaşımızın özəl mənbədən araşdırması zamanı bəlli olub ki,  vergi qanunvericiliyini pozan şirkətlərə maliyyə sanksiyası 20 dəfəyədək artırılacaq.
Xalqdan gizlin saxlanılan dəyişikliklər  arasında Əlavə Dəyər Vergisi (ƏDV) ilə də bağlı yeniliklər olacaq.
Məlumatda bildirirlir ki, məcəlləyə dəyişiklikdə  nağdsız əməliyyatlar geri qaytarılan ƏDV-nin  10 faizdən 5 faizə endirilməsi nəzərdə tutulub.
Afət Abbasova 
Gununsesi.info