Vergi orqanlarına daxil olmuş şikayətlərin sayı 9,9% azalıb

  • By admin
  • 11 Oktyabr 2016 16:15

vergiler-nazirliyi

Bu ilin 9 ayı ərzində vergi orqanlarına 67 255 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9% azdır.
Gununsesi.info Vergilər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müraciətlərdən 96,3%-i ərizə, 3,5%-i şikayət, 0,2%-i təklifdir.
Müraciətlərin 47,1%-i müxtəlif arayışların alınması, 23%-i kameral vergi yoxlamaları, 7,5%-i vergi borcları, 2,1%-i vergidən yayınma və dividendlərin verilməsi, 1,9%-i səyyar vergi yoxlamaları, 1,4%-i vergi qanunvericiliyinin tətbiqi, 1,4%-i ƏDV, 0,9%-i nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 0,8%-i qəbulla bağlı, 0,5%-i vergi cinayətləri ilə bağlı, 0,5%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,4%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, 0,2 %-i operativ vergi nəzarət tədbirləri ilə bağlı, 11,7 %-i digər məsələlərlə bağlı olub.
Bütün müraciətlərə vaxtında baxılıb, onların 73,3%-i müsbət həll olunub.
Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% azalıb.
Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 3128 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu qrafikinə əsasən vergilər naziri tərəfindən fevral ayının 25-də Oğuz, aprel ayının 29-da Neftçala, may ayının 20-də Yardımlı, iyun ayının 17-də Qusar, sentyabr ayının 23-də isə Füzuli şəhərində vətəndaşların səyyar qəbulları keçirilib, bu qəbullarda ümumilikdə 152 nəfər vətəndaş qəbul edilib.

Anar

Gununsesi.info