Vergi orqanlarına müraciətlər 36 faiz artıb

Vergi orqanlarına müraciətlər 36 faiz artıb

 

Vergiler-Nazirliyi

Bu ilin avqust ayında Azərbaycanda vergi orqanlarına 8 828 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,9% çoxdur.

Gununsesi.info Vergilər Nazirliyinə istinadən xəbər verir ki, müraciətlərdən 86,1%-i ərizə, 13,7%-i şikayət, 0,2%-i təklif olub.

Müraciətlərin 31,3%-i müxtəlif arayışların alınması, 42,4%-i kameral vergi yoxlamaları, 8%-i vergi borcları, 3,4 %-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, qalanları isə digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, onların 68,2%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarında ümumilikdə 405 vətəndaş qəbul edilərək onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və yaxud müvafiq izahatlar verilib.

Gununsesi.info

COMMENTS