Vergi Xidmətinə sahibkarın əmlakını müsadirə etmək səlahiyyəti verilir - PARLAMENTDƏN SÜRPRİZ ADDIM

  • By admin
  • 14 Noyabr 2021 20:24

Yaxın günlərdə Vergi Məcəlləsinə və “İcra haqqında” qanuna gözlənilməz  dəyişiklik ediləcək. 

Gununsesi.info vəkil Sirac Piriyevə istinadən bildirir ki, Vergi Məcəlləsinə  və İcra haqqında Qanuna edilməsi gözlənilən dəyişikliklərə əsasən, vergi borcunun məcburi alınması üsulu kimi siyahıya alınmış əmlakın hərrac qaydasında satılması qaydasına dəyişikliklər edilir:”Belə ki, məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra həmin aktın icrasını, yəni vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışının təşkilini daha icra məmurları deyil, vergi orqanları həyata keçirəcəkdir. Həmçinin, dəyəri 5000 manatadək olan daşınar əmlakları vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində satışının həyata keçirilməsi imkanı mövcud olacaqdır. Hərracın təşkilatçısı qismində isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi çıxış edəcək”.

Gununsesi.info