Vergi Xidmətinin vəzifəli şəxslərinin geyim formaları yenilənir

  • By admin
  • 09 Fevral 2023 11:41

Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin geyim formalarının yeni tələbləri müəyyən edilir.

Gununsesi.info xəbər verir ki, qərar “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 12 noyabr tarixli 1875 nömrəli Fərmanla edilmiş dəyişikliklərlə bağlı hazırlanmışdır.

Qeyd olunmuş Fərmanla Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin yeni siyahısı təsdiq edilib.

Eyni zamanda, son dəyişikliklərlə Dövlət Vergi Xidmətinin Vəzifəli Şəxslərinin Geyim Formalarının yeni tələbləri müəyyən edilmişdir. Dəyişikliklər əsasən aksessuarların rəngini, tanınma nişanlarının təsvirini əhatə etmişdir.

Gununsesi.info