Vergilər nazirindən Fərəc Quliyevin təklifinə sərt reaksiya: "Hansı təbəqədən danışırsınız?"

  • By admin
  • 16 Dekabr 2016 13:48
.ferec
 
Milli Məclisin (MM) bu gun keçirilən iclasında millət vəkili Fərəc Quliyev  Vergi Məcəlləsinin  220.10-cu maddəsinə təklif olunan  dəyişikliyin əleyhinə çıxaraq, ümumiyyətlə, bu maddənin çıxarılmasını təklif edib.
Gununsesi.info xəbər verir ki, Vergilər Məcəlləsinin 220.10 maddəsinə nəzərdə tutulan dəyişikliklərdə  tamada, müğənni, rəqqasələr, aşıqlar, fərdi foto çəkənlər, dayələr, qulluqçular, bağbanlar və digər şəxslərin sabit sadələşdirilmiş  vergiəyə cəlb olunmasını nəzərdə tutur.
Millət vəkili isə dayə, qulluqçu, xadimə və bağbanların  vergiyə cəlb olunmasının əleyhinə çıxıb.
  F. Quliyev bu maddənin aztəminatlı insanların maraqlarına xidmət etmədiyindən çıxarılmasını təklif edib.
 Vergilər naziri Fazil Məmmədov isə bu təklifə sərt reaksiya verərək bildirib ki, bu,  bəzi işçilərin vergiyə cəlb edilməsi üçün deyil.
“Bu gün ölkədə işsizliyin səviyyəsinin nə Statistika Komitəsi, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də Vergilər Nazirliyi tərəfindən dəqiq uçotunun və iqtisadi təhlillərini aparılması  mümkündür. Ölkədə həqiqətən işləyənlər çoxdur. Əgər əhalinin bir hissəsi evlərdə işləyirsə, siz niyə nəzərə almırsınız ki, bu şəxsləri işə götürən də var?! Bağda bağban saxlayan da var. O şəxsin deməli, sosial vəziyyəti yaxşıdır”- deyə, nazir  vurğulayıb.
F.Məmmədov əlavə edib ki, əgər bağda bağban, mühafizəçi, xidmətçi varsa, bu dəyişiklik işçinin uçotunu aparmağa imkan verəcək və bu baxımdan da, işəgötürən  birdəfəlik patentini alsın, versin:
“Bu dəyişikliklər dövlət büdcəsinin gəlirlərinin təmin olunması məqsədinə xidmət etmir. Milyonlarla vəsaiti olan var ki, 5 tibb bacısı gətirib, xəstələrə xidmət etdirir. Nə üçün onlar vergi ödəməməlidir? Siz hansı təbəqədən danışırsınız? Sosial təbəqədəndirsə, burda söhbət sosial təbəqədən getmir, verginin işəgötürən tərəfindən ödənilməsindən gedir”.
Mürtəza 
Gununsesi.info