
Büdcəyə 4 milyard manata yaxın vəsait daxil olub.
Vergilər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yanvar-iyul ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 849 milyon 942,5 min manat vəsait daxil olub. Bununla da vergi yığımları üzrə proqnoz tapşırığına 100,4 faiz əməl edilib. Hesabat dövründə 62 min 496 vergi ödəyicisi qeydiyyata alınıb.
Gununsesi.info