Vergilər Nazirliyi “elektron cinayət işi” modulunu təqdim etdi

  • By admin
  • 10 Noyabr 2016 12:24

Vergiler-Nazirliyi

Bu gün Vergilər Nazirliyi “Elektron cinayət işi” modulunun tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki,  vergilər nazirinin müavini Namiq Əliyev tədbirdə vergi sistemində aparılan islahatlar barədə danışıb.
VN-nın Vergi Cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə isə təqdimatla çıxış edərək, “Elektron cinayət işi” modulu barədə məlumat verdi. Onun sözlərinə görə, Nazirliyin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) “Elektron cinayət işi”  modulunun hazırlayıb istifadəyə verilib.
Z.Məmmədzadə bildirib ki, bu modul- ibtidai istintaqı VN-nin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə cinayət xarakterli faktları əks etdirən materialların Departamentə aparılan ibtidai araşdırma zamanı qərar, vəsatət, məktub və digər məlumatları əks etdirən, operativ axtarış imkanlarına malik olan cinayət işlərinin vahid elektron sistemidir.
Modulun tətbiqinə 2016-cı ilin noyabr ayının 21-dən başlanılacağını deyən Z.Məmmədzadə, məsələ ilə bağlı VCİAD-ın müstəntiq və təhqiqatçıları üçün müvafiq treninqlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Vüsalə Rüstəmova
Gununsesi.info