Vergilər Naziriliyinin səlahiyyətləri artırılır - VERGİ BORCU OLANLARA QARŞI SƏRT TƏDBİRLƏR GÖRÜLƏCƏK

  • By admin
  • 17 Noyabr 2016 15:53

vergiler-nazirliyi

Vergilər Naziriliyinə borclu şəxslərə qarşı sərt tədbirlər görmək səlahiyyəti verilir.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergilər Məcəlləsinə dəyişiklik məsələsi müzakirə olunub.

Dəyişiklik barəsində məlumat verən komitə sədri Ziyad Səmədzadə deyib ki, vergi orqanı borclu şəxsin qanuna uyğun olmayan şikayətinin icrasını tam və ya qismən dayandıracaq.

Belə ki, Azərbaycanda vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən vergi orqanına (vəzifəli şəxsə) verilən şikayət edilən qərar (akt) və ya hərəkət Azərbaycan qanunvericiliyinə uyğun olmadıqda, şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandıracaq.

Onun sözlərinə görə, Vergi Məcəlləsinin 63.2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində “dayandıra bilər” sözləri “dayandırır” sözləri ilə əvəz edilib.

Müzakirələrdən sonra sənəd MM-in plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, indiyədək qüvvədə olan maddəyə görə, şikayət edilən qərar (akt) və ya hərəkət qanunvericiliyə uyğun olmadıqda, şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandıra bilər.

Mürtəza

Gununsesi.info