
“İdarəermənin çevikliyinin və səmərəliliyinin artırılmasını təmin etmək, idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilmsinə yönəlik islahatların iqtisadi azadlıqların və şəffaflığın artırılmasına, ictimai nəzarətə geniş meydan verən və cəmiyyət həyatının bütün sahələrinədə korrupsiyaya, inhisarçılığa, məmur özbaşınalıqlarına son qoymağa yönəlmiş radikal islahatlarla əlaqəli şəkildə həyata keçirilməlidir. Vergilər Nazirliyi və Gömrük Komitəsinin birləşdirilməsi də bu qəbildən olan islahatlarçərçivəsində həyata keçirilməlidir və labüddür. Bununla bağlı beynəlxalq praktikada müxtəlif nümunə və təcrübələr var. Burada əsas meyar hansısa qurumların sadəcə mexaniki surətdə birləşdirilməsi yox, birləşmədən sonra onlara həvalə edilmiş vəzifə və funksiyaları nə dərəcədə şəffaflıqla və səmərəli şəkildə yerinə yetirə bilməsindədir”.
Bunun Gununsesi.info-ya açıqlamasında millət vəkili Əli Məsimli Vergilər Nazirliyi və Gömrük Komitəsinin birləşməsi haqqında yayılan xəbərlərə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatın fəaliyyətinin səmərəliliyinin artırılmasının vacib şərtlərindən biri dövlət idarəetmə və tənzimlmə sisteminin əsaslı surətdə modernləşdirilməsi, dünyada gedən proseslərə operativ reaksiya verən və optimal müddətdə qərarlar qəbul edən hökumət modelinə keçilməsidir. “Yalnız bu halda idarəetmənin çevikliyi artacaq və səmərəliliyi yüksəldiləcək. Ona görə də Prezidentin idarəetmənin təşkili funksiyasının təkmilləşdirilməsi sahəsində Tədbirlər Paketinə daxil olnan tədbirlər bundan sonra da davam edəcək”- deyə, millət vəkili vurğulayıb.
O əlavə edib ki, əgər həmin tədbirlər kompleks şəkildə və vaxtında həyata keçilsə, onda idarəetmənin çevikliyinin və səmərəliliyinin artırılmasının əsas şərtlərindən və dövlət xərclərinə qənaətin əsas mənbələrindən biri kimi çıxış edəcək.
Ə.Məsimli hesab edir ki, bununla yanaşı idarəetmənin təşkilati strukturunun təkmilləşdirilmsinə yönəlik islahatların iqtisadi azadlıqların və şəffaflığın artırılmasına, ictimai nəzarətə geniş meydan verən və cəmiyyətin bütün sahələrinədə korrupsiyaya, inhisarçılığa, məmur özbaşınalıqlarına son qoymağa yönəlmiş radikal islahatlarla əlaqəli şəkildə həyata keçirilməlidir: “İdarəetmənin təşkilati strukturu müasir təfəkkürlü kadr islahatları da daxil olmaqla yeni inkişaf modelinin tələblərinə müvafiq sürətdə təkmilləşdirilməlidir. Nazirlik, dövlət komitələri, idarə, digər dövlət orqanlarının əsasnamələrinin və digər müvafiq sənədlərinin təhlili və reallıqları nəzərə almaqla bir-birini təkrarlayan strukturın aradan qaldırılması, lazımsız dövlət qurumlarının birləşdirilməsi və ya ləğv olunması, əsaslandırılmış ixtisarların həyat keçilməsi və sair istiqamətdlərdə elmi və praktiki cəhətdən özünü doğruldan addımlar atılmalıdır”.
Konkret olaraq Vergilər Nazirliyi ilə Gömrük Komitəsinin birləşdirilməsinə gəldikdə Ə.Məsimli deyib ki, beynəlxalq praktikada müxtəlif nümunə və təcrübələr var: “Belə məsələlərdə əsas meyar hansısa qurumların sadəcə mexaniki surətdə birləşdirilməsi yox, birləşdirildikdən sonra Azərbaycan qanunvericiliyində ona həvalə edilmiş vəzifə və funksiyaları nə dərəcədə şəffaflıqla və səmərəli şəkildə yerinə yetirməsində, gördükləri işlərin effektiv kombinasiyasına nail olunmasında, öz səlahiyyətləri daxilində Azərbaycanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruya bilməsində, qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini vasitəsilə neqativlərin nə dərəcədə aradan qaldırılmasında və gömrük işinin səmərəliliyinin əhəmiyyətli dərəcədə artıra bilməsindədir”.
Mürtəza
Gununsesi.info.











