Vergilər Nazirliyi vətəndaşların yeni VÖEN-lərlə bağlı şikayətinə niyə susur? – Nazirlik əməkdaşları...

  • By admin
  • 15 Dekabr 2020 18:06

Xəbər verdiyimiz kimi, dünən sosial şəbəkələrdə vətəndaşların ASAN Xidmət Mərkəzlərində online qeydiyyata düşə bilməmələri, habelə, Xidmətin 108 Çağrı Mərkəzinin vətəndaşların zənglərini cavabsız qoyması ilə bağlı şikayətlər yazımışdı. İddialarda bildirilirdi ki, icaze.e-gov.az portalı yeni VÖEN-ləri tanımır və sistem onları qəbul etməkdən imtina edir.

Gununsesi.org VÖEN-lərin qeydiyyata alınmaması məsələsi ilə bağlı Vergilər Nazirliui ilə əlaqə qurub münasibət öyrənməyə çalışıb. Çoxsaylı zənglər etsək də, cəhdlərimiz fayda vermədi, nazirlik əməkdaşları telefon zənglərimizə cavab verməyiblər.

Qeyd edək ki, hətta 1-ci pandemiya dönəmindən ASAN sertifikatları olan və yeni açılan iş yerləri var ki, onlar icaze.e-gov.az portalında qeydiyyatdan keçələr belə qeydiyyata alınmır.

 

Gununsesi.org