Vergilər Nazirliyinin əməkdaşı dünya çempionu oldu

  • By admin
  • 06 Noyabr 2019 21:01

Kiqboksing WKA versiyası üzrə İtalyanın Karara şəhərində 30.10.2019-03.11.2019-cu il tarixləri arasında keçirilən Dünya Çepionatında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Audit Departamentinin əməkdaşı Azər Aslanov qızıl medala layiq görülüb.

Gununsesi.org xəbər verir ki, bu münasibətlə Azərbaycan Kiqbosing Federasiyasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Adil Əliyev Azər Aslanovu qəbul edərək onu təbrik edərək çoxsaylı ölkələrin iştirak etdiyi dünya çempionatında Azərbaycan Dövlət Himnini səsləndirdiyi və Bayrağını dalğalandırdığı üçün təşəkkürünü bildirdi.

Qeyd edək ki, Azər Aslanov bundan öncə də bir neçə dəfə dünya çempionu və kubokunun qalibi olmuşdur.

 

Gununsesi.org