Vergilərdən dövlət büdcəsinə daxilolmalar 82,2 faiz artıb

  • By admin
  • 16 Yanvar 2023 11:28

“2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 faiz artıb”.

Gununsesi.info xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

M. Cabbarov bildirib ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir:

“2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 faiz artaraq 15 milyard 541,5 milyon manat təşkil edib. Bu dövr ərzində qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 27,9 faiz artaraq 8 milyard 134,9 milyon manat olub”.

Gununsesi.info