Veteran futbolçu vəfat etdi

Azərbaycanın veteran futbolçusu, respublika dərəcəli hakim Elçin Sultanov vəfat edib.

Gununsesi.info xəbər verir ki, Tovuz futbolunun yetirməsi olan keçmiş yarımmüdafiəçi SSRİ Zaqatalanın “Daşqın” və Ağdamın “Məhsul” klublarının formasını geyinib.

HTML tutorial

1974-cü ildən peşəkar hakimliklə məşğul olan Sultanov sonradan fəaliyyətini hakim-inspektor kimi davam etdirib.

Allah rəhmət eləsin!

Gununsesi.info