Veteranlara qarşı dələduzluq edən QHT rəhbərinin oğluna hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Elvin Əhmədpurun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

HTML tutorial

Hökmə əsasən, Elvin Əhmədpur külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum olunub.

Xatırladaq ki, Elvin Əhmədpur bir neçə nəfər Birinci Qarabağ müharibəsi veteranına Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksindən mənzil ala biləcəyi vədini verərək onların külli miqdarda pulunu ələ keçirib.

O, zərərçəkmişlərə güzəştli şərtlərlə ev almaqda “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri olan anası Almaz Zeynalovanın kömək edəcəyini deyib.

Bütün bu əməllərə görə, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə yekun ittiham verilib.

Gununsesi.info