
Azərbaycanda müharibə veteranlarına verilən 80 manat müavinətə yenidən baxılması lazımdır.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
“Baş nazirin burada olmasından istifadə edərək, yenidən bildirirəm ki, müharibə veteranlarına verilən 80 manat müavinət artırılmalıdır. Bununla bağlı məsələyə yenidən baxılmalıdır”, – deyə komitə sədri vurğulayıb.
“Xaricdə oturan antimilli ünsürlər bundan istifadə edirlər. Buna əncam çəkilməli, vəsait artırılmalıdır”, – deputat əlavə edib.
Qeyd edək ki, 2019-cu ildə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub.
Gununsesi.info