
“Müharibə veteranlarına ödənilən aylıq 80 manat, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq 60 manat müavinətlər kommunal, nəqliyyat və digər xidmətlərə görə 1 aprel 2019-cu ildə president fərmanı ilə müəyyənləşdirilib. Ondan 4 ilə qədər vaxt keçməsinə və bu müddət ərzində Tarif Şurası tərəfindən suyun, enerjinin, qazın, istiliyin, fevralın 3-dən isə ictimai nəqliyyatda gediş haqqının 33,3 faiz qaldırılmasına baxmayaraq, hər iki növ müavinətlər dəyişməz qalıb”.
Gununsesi.info bildirir ki, bunu iqtisadçı ekspert Qubad ibadoğlu deyib.

“Hesab edirəm ki, Azərbaycan höküməti bu sosial ədalətsizliyi aradan qaldırmaq üçün ən geci bu il fevralın 1-dən hər iki müavinət məbləğlərini 50 faiz artırmalıdır.
Maaş gözləntisi olanlara da bildirmək istərim ki, bu ilin büdcəsində əmək haqqı artımı planlaşdırılmayıb. Yeganə gözlənti bütün növ pensiyalarının indeksləşdirilməsidir, böyük ehtimalla bu 14,6 faiz ətrafında olacaq. Amma nəzərə alın ki, minimum pensiya məbləği indeksləşdirmədən sonra 240 manatdan 280 manata çatdırılacaq. Bu o deməkdir ki, ötən il 240 manatla pensiya çıxanların pensiyası öncə indeksləşdiriləcək. Sonra onun üzərinə 4-5 manat da əlavə olunacaq ki, pensiyaların minimum məbləği 280 manata çatsın”.
Afət Abbasova
Gununsesi.info