VHP rəsmisi bir qrup gənc fəalla qəzaya uğradı

  • By admin
  • 23 Noyabr 2016 14:58

r

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və bir qrup gənc fəal qəzaya düşüb.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu barədə onun özü Facebook səhifəsində məlumat verib. Bildirib ki, Bakı-Quba yolunun 57-ci kilometrində maşın sürüşüb. Əvvəlcə avtomobil yoldakı dəmirə, ondan sonra “Qazel” markalı maşına çırpılıb: “Bu gün bizə düşərli olmadı, şükür yaradana sağ qurtulduq. Bu maşından sağ çıxdıqsa, mənim sürücülük məharətim idi. İş odur ki, inqilab maşını sıradan çıxdı”.

Qeyd edək ki, gənc fəallar İsmi Şahzadə, Məsud Əsgər, Ülvi Həsənli və blogger Mehman Hüseynov da Samir Əsədlinin maşınında olublar. Qəzada xəsarət alan olmayıb.

Gununsesi.info