“Viber”də göndərilən məlumatlar avtomatik silinəcək

  • By admin
  • 04 Fevral 2017 18:50

viber

“Viber” messencerində məlumatların qalma vaxtını müəyyənləşdirmək mümkün olacaq.

Gununsesi.info-nun “hi-tech.mail.ru” saytına istinadən məlumatına görə, müddət başa çatdıqdan sonra messencer göndərilən məlumatları siləcək və daha göstərməyəcək. Funksiya aktualdır və ünsiyyətin təhlükəsizliyini artırır, cari məlumatlar barədə danışmaq çox rahatdır.

Bundan başqa, “Viber”ə videoməlumatlar göndərmək imkanı da əlavə edilib.

“iOS” əməliyyat sistemli “Viber” üçün video və audioyazıları sıxılmadan göndərmək mümkündür. Həmçinin interaktiv xatırlatmalar da mövcuddur – çatda mövcud bütün yazılara məlumatlar haqqında bildirişləri sıxmaqla baxmaq mümkündür.

Yeni funksiyalardan istifadə etmək üçün “Viber” mobil əlavəsini sonuncu versiyaya qədər yeniləmək lazımdır.

“Android” və “iOS” əməliyyat sistemləri üçün olan “Vider” əlavəsini “Google Play” və “App Store”dan pulsuz yükləmək mümkündür.

Qeyd edək ki, “İCQ” messencerində “Tarixlər” funksiyası mövcuddur. Ayrıca lentdə şəkillər və qısa videolar yerləşdirmək mümkündür ki, onlar dərc ediləndən bir sutka sonra özləri avtomatik silinəcək.

Gununsesi.info