
Mayın 30-da Almaniyada müalicə olunduğu xəstəxanada dünyasını dəyişən tanınmış mühəndis Vidadi Mürsəlovun cənazəsi sabah Vətənə gətiriləcək.
Gununsesi.org xəbər verir ki, mərhum iyunun 1-də Yevlax rayonu Aran qəsəbəsində torpağa tapşırılacaq.
Vidadi Mürsəlovun 3-7 mərasimi iyunun 3-də Nərimanov rayonu ərazisindəki (Metronun gənclik stansiyasına yaxın) Tural Mərasim evində keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın tanınmş mühəndisi Vidadi Mürsəlovun səhhətində bu il mayın əvvəlində qəflətən problem yaranmış, o, müayinə və müalicə olunmaq üçün Almaniyaya getmişdi. Almaniyada əməliyyat olunan Vidadi Mürsəlov mayın 30-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Allah rəhmət eləsin!