Vidadi Zeynalov İlham Əliyevdən əfv olunmasını istədi - PROSES DAVAM EDİR (YENİLƏNİB)

  • By admin
  • 19 İyul 2017 12:20

vidadi-naz

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, prosesdə V. Zeynalovun vəkili Muğam Əliyev çıxış edərək, müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib. Vəkil qeyd edib ki, V. Zeynalova qarşı irəli sürülən ittihamların heç biri məhkəmə istintaqı zamanı öz təsdiqini tapmayıb. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin fəaliyyətində mənimsəmə faktı yoxdur.

Daha sonra hakim bildirib ki, təqsirləndirilən Qəmbər Bəybalayev dəyən ziyanın hamısını ödəyib.

Daha sonra hakim Vidadi Zeynalova son söz verib.

V. Zeynalov son sözündə ittiham aktını qəbul etmədiyini deyib. O, hər zaman çalışdığı sahələrin inkişafına çalışdığını bildirib: “Mən ölkə rəhbərinə, dövlətimizə və xalqıma sədaqətlə xidmət etmişəm. Mən ömrümdə heç kəsə pislik etməmişəm. Bütün həyatım boyu yalnız insanların yaxşı yaşaması üçün çalışmışam”.

V. Zeynalov sonda ölkə prezidenti İlham Əliyevdən əfv istəyib və hakimlər kollegiyasından barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.

Sonra digər təqsirləndirilən Məhəmməd Məmmədov son sözlə çıxış edib. O, özü ilə yanaşı digər təqsirləndirilən şəxslərin rabitə sahəsində mühüm işlər gördüyünü xatırladıb. M. Məmmədov səhvlərinin olduğunu etiraf edib: “Düzdür, səhvlərimiz olub. Mən də barəmizdə ədalətli qərar çıxarmağınızı xahiş edirəm”.

Təqsirləndirilən Beytulla Hüseynov da səhvinin olduğunu deyib: “Ancaq təəssüflər olsun ki, rabitə sahəsində mühüm işlər görsək də, bizi mətbuatda cinayətkar kimi təqdim edirlər. Buna təəssüf edirəm. Hardasa səhvlərimiz olub, buna görə barəmizdə ədalətli qərar verməyinizi xahiş edirəm, fəaliyyətimizi nəzərə alın”.

Digər təqsirləndirilən Oqtay Rüstəmov da son sözündə fəaliyyətində cinayət tərkibi olmadığını deyib. O da barəsində ədalətli qərar çıxarılmasını istəyib.

Digər təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər.

Proses davam etdirilir.

***

12:00

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V.Zeynalovun vəkili Muğam Əliyev çıxış edərək, müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.

Vəkil qeyd edib ki, V.Zeynalova qarşı irəli sürülən ittihamların heç biri məhkəmə istintaqı zamanı öz təsdiqini tapmayıb. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin fəaliyyətində mənimsəmə faktı yoxdur.

Daha sonra hakim bildirib ki, təqsirləndirilən Qəmbər Bəybalayev dəyən ziyanın hamısını ödəyib.

Proses davam etdirilir.

Gununsesi.info