Gununsesi.info xəbər verir ki, bu barədə “report”a vəkil Gülşən Salmanova məlumat verib.

Vəkil qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarında təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlakların üzərindən həbs götürülüb və müsadirə dayandırılıb: “2009-cu ildən sonrakı illərdə əldə olunan əmlakların üzərinə qoyulmuş həbs isə götürülməyib”.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib. Digərləri – Namazalı Məmmədov, Anar Mustafayev, Emin Məmmədov və Qəmbər Bəybalayev barəsində şərti cəza verilərək məhkəmədən azadlığa buraxılıblar.

Qeyd edək ki, V.Zeynalov və digərləri 2015-ci ildə həbs edilib.

Gununsesi.info